"Real" Avropa çempionatının ən yaxşı futbolçusunu  alır
04 sentyabr 2024 10:14 (UTC +04:00)

"Real" Avropa çempionatının ən yaxşı futbolçusunu alır

İspaniya millisinin 28 yaşlı futbolçusu Rodri "Real Madrid"ə keçə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Los Blankos ispaniyalı ilə hələ 2025-ci ildə müqavilə bağlamaq imkanını nəzərdən keçirir.

Xatırladaq ki, Rodri İspaniya millisinin heyətində qalib gəldiyi son Avropa çempionatı 2024-ün ən yaxşı futbolçusu kimi tanınıb. Futbolçunun “Mançester Siti” klubu ilə hazırki əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 130 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792
avatar

Oxşar yazılar