Yelena Sidorenkonun bağ evindən oğurluq edənlər saxlanıldı
04 sentyabr 2024 11:09 (UTC +04:00)

Yelena Sidorenkonun bağ evindən oğurluq edənlər saxlanıldı

Avqustun 25-də Sabunçu rayonu ərazisdindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsi 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən ümumilikdə 1650 manat dəyərində məişət əşyalarının oğurlanması məlum olub. 

Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar -  43 yaşlı Xəqani Əliyev və 38 yaşlı İlham Paşayev saxlanılıblar. 

Xəqani Əliyevin eyni əmələ görə axtarışda olması, həmçinin oğurluğun taksi sürücüsü olan İlham Paşayev tərəfindən planlaşdırılması və həmin əşyaların daşınmasını təmin etməsi müəyyən edilib. 

Araşdırma aparılır.

Qeyd edək ki, qarət olunan ev jurnalist Yelena Sidorenkoya məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Oxşar yazılar