Bu ölkədə də Telegram ilə bağlı istintaqa start verildi
04 sentyabr 2024 10:53 (UTC +04:00)

Bu ölkədə də Telegram ilə bağlı istintaqa start verildi

Cənubi Koreya polisi Telegram barəsində istintaqa start verib. Belə ki, messencer koreyalı qadınların iştirakı ilə pornoqrafik məzmunlu deepfake-lərin yayılmasında şübhəli bilinir. Cənubi Koreya polisi istintaqa bu mövzu ətrafında Telegram barəsində olmuş çoxlu sayda şikayətlərdən sonra start verib. 

Lent.az xəbər verir ki, Reuters saytının vermiş olduğu məlumata əsasən istintaq deepfake texnologiyası vasitəsilə yaradılan pornoqrafik məzmunlu saxta foto və videoların yayılma hallarının çoxalması səbəbilə adi vətəndaşların və siyasətçilərin narazılıqları fonunda başlayıb.

Cənubi Koreyanın yerli kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən bu cür saxta materiallar əsasən Telegram üzərindən yayılırlar. Milli Polis İdarəsinin rəhbəri Cho Ji-ho hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, polis departamenti konfidensial yazışmalar xidmətini təmin edən kommunikasiya servislərinin sahiblərini cinayətlərin yerinə yetirilməsində iştiraka görə məsuliyyətə cəlb etmə imkanını nəzərdən keçirir.

Qeyd etmək lazımdır ki, Cənubi Koreyada start götürmüş istintaq Fransa hökuməti tərəfindən Telegram-ın yaradıcısı Pavel Durov-a qarşı aparılan istintaq ilə üst-üstə düşüb. Personal məlumatların qorunması sahəsində fəaliyyət göstərən Security Hero adlı ABŞ startapının məlumatlarına əsasən Cənubi Koreya deepfake-lərin istifadəsi ilə ən çox kiberhücuma məruz qalan ölkədir. Statistikaya əsasən Cənubi Koreyada pornoqrafik məzmunlu kontentlərin qurbanlarına çevrilmiş şəxslərin 53%-ni müğənnilər və aktrisalar təşkil edirlər. Polis idarəsinin sözlərinə əsasən bu il deepfake-lər ilə bağlı cinayət hallarının sayı 297-ə yüksəlib. 2021-ci ildə isə bu göstərici 156 idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2976
avatar

Oxşar yazılar