Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib
03 sentyabr 2024 15:44 (UTC +04:00)

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

Rusiya klublarının yay transfer pəncərəsində yeni oyunçuların alınması üçün ümumi xərcləri 76,2 milyon dollar təşkil edib. 

Lent.az bildirir ki, bu barədə FİFA məlumat yayıb.

Rusiya komandaları 116 futbolçu alıb, 6 oyunçu az satıb. Satışdan əldə olunan gəlir 30,3 milyon dollar təşkil edib. Alınan və satılan futbolçuların orta yaşı 24,2 ildir.

Yayda ümumilikdə 11 min transfer edilib ki, bu da bütün zamanların rekordudur. 2023-cü ildə eyni dövrdə klublar 10 490 transfer həyata keçirib. Ümumilikdə, klublar satınalmalara 6,46 milyard dollar xərcləyib.

Xərclərə görə lider İngiltərə olub - 1,69 milyard dollar.

İlk beşliyə həmçinin İtaliya (825 milyon), Fransa (697 milyon), İspaniya (599 milyon) və Almaniya (572 milyon) daxil olub.

Futbolçu satışından ən çox qazanan İngiltərə klubları olub - 1,25 milyard, Fransa 2-ci (756 milyon), İspaniya 3-cü (556 milyon), Portuqaliya 4-cüdür (495 milyon), 5-ci yerdə Almaniyadır (482) milyon).
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Oxşar yazılar