10 yaşlı uşaq  keçmiş meri və qızını GÜLLƏLƏDİ
03 sentyabr 2024 18:07 (UTC +04:00)

10 yaşlı uşaq keçmiş meri və qızını GÜLLƏLƏDİ

ABŞ-ın Luiziana ştatında Minden şəhərinin 82 yaşlı keçmiş meri Co Kornelius Sr və onun 31 yaşlı qızı Keişa Mayls güllələnərək öldürülüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, polis cəsədləri bazar günü səhər keçmiş məmurun Mindendəki evində aşkar edib. Polis rəisi Jared Makayver qətldə şübhəli bilinərək saxlanılan 10 yaşlı oğlanın eks-merin qohumu olduğunu desə də, qohumluq dərəcəsi açıqlanmayıb. Azyaşlı cinayətkar günahını etiraf edib.

Hadisənin mümkün motivi və şəraiti də göstərilmir.

Polisin sözlərinə görə, oğlan birinci dərəcəli qətlin iki maddəsi ilə saxlanılır. O, həmçinin bildirib ki, meyitlərdə çoxsaylı güllə yaraları aşkar edilib. Hadisə baş verən zaman evdə 6 yaşlı uşaq da olub. Lakin o, xəsarət almayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2187
avatar

Oxşar yazılar