Lent.az həyata dair 10 ən gözəl aforizmi təqdim edir. Bonus olaraq müdriklərin həyat barədə gözəl fikirlərini də seçib təqdim edirik. Oxuyun, hansı ruhunuza yaxındırsa, ona əməl edin.
1. Silgidən istifadə etmədən şəkil çəkmək sənətinə Həyat deyilir.
2. Həyatda kimə görə deyil, nəyə görə yaşadığını fikirləş.
3. İnsan kəsrə bənzəyir; Surət onun həqiqətdə necə olması, Məxrəc isə onun özü barədə nə düşünməsidir. Məxrəc böyüdükcə kəsrdə kiçilir.
4. Həyatda 2 cür dəli var: Birincisi həqiqi dəli, ikincisi isə dəli kimi görünən ağıllı.
5. Ən çətini əzab çəkdiyini heç kəsə deyə bilməməkdir.
6. Pul hər şeyi həll edər deyən adam, pul üçün hər şeyi edən adamdır.
7. Axmaq görünməyə çalışmaq ən böyük ağıllılıqdır.
8. Bir insana əvəz olunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.
9. Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülmələr vardır ki; ən böyük ağrıları gizləmək üçündür.
10. İnsan, həyatda iki məna anlayar: Birinci ağlayanda, digəri gülərkən. Və yalnız bir dəfə qiymət bilər; O da əlindəkini itirərkən.
11. Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
12. Həyatın ən çətin sualları – ağılın düşündüyü amma ürəyin cavablandıra bilmədiyi suallardır.
13. Yalançı olmaq üçün yaddaş lazımdır.
14. Hər şey keçmişdə qalır amma heç bir şey keçmir.
15. İnsanların sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən.
16. Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.
17. İt sənə dost olar bir sümük atsan, Namərd qədir bilməz qurban da olsan.
18. Ən kasıb insan malı az olan deyil, arzusu çox olandır.
19. Həyatın iki faciəsi var: bri arzumuza çata bilməmək, digəri isə istədiyimiz əldə etməkdir.
20. Zaman keçir? Yox səhv olaraq belə düşünürsünüz!…zaman dayanıb siz keçib gedirsiniz.
21. Sən nəyə hazırsansa, o da sənə hazırdır.
22. Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi: Sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.
23. Həyat dəlixanadır xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan.
24. Əgər kimin dostun olub olmadığını bilmək istəyirsənsə, susmalı sakit bir küncdə dayanmalısan, yoxluğunu hiss edənlər və səni axtaranlar əsl dostlarındır.
25. Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur, əhəmiyyətli olan odur ki, qanun kimin tərəfindədir.
26. Bu dünyada həyat heçliklə varlıq arasında cərəyan edir.
27. Ölüm bu həyata yekun vurur və kimləri isə heçliyə, kimləri isə varlığa qovuşdurur. (Əbu Turxan)
28.Bu dünyada uğuru yalnız bunun üçün lazım olan şəraiti axtaran tapır; tapmasa, bu şəraiti o özü yaradır. (Corc Bernard Şou)
29. Bu günün hər əməli sabah üçün alın yazısıdır. (Əbu Turxan)
30. Heç kim cavanlığının necə getdiyini duymur, amma onun artıq getdiyini hamı duyur. (Kiçik Seneka)
31.Heç ölməyəcəksənmiş kimi dünya üçün,
32. Sabah öləcəksənmiş kimi axirət üçün çalış. (Mühəmməd peyğəmbər (SƏS))
33. Heç vaxt çıxdığın qapını bərk çırpma; ola bilər geri dönmək istədin. (Don Gerold)
34. Hələ ki, heç kim ölməz doğulmayıb. Kiminsə başına bu iş gəlsəydi, o, heç də başqalarının düşündüyü qədər xoşbəxt olmazdı. (Platon)
35. Hər bir insan ancaq öz boyuna biçilmiş bir həyat yaşayanda xoşbəxt ola bilər. (Əbu Turxan)
36. Hər həyat səhifəsi ömürün ilk yazıdı,
Bu günün hər əməli sabah üçün yazıdı. (Əbu Turxan)
Hər ötən günə kiçik bir həyat kimi baxmaq lazımdır. (Maksim Qorki)
Həyat eşqi həyatdan ikiəlli yapışmaq deyil, həyatı yüksək tutmaqdır. (Əbu Turxan)
Həyat eşqi ilə ölüm qorxusu əkizdir. (R.Rollan)
Həyat hərəkət deməkdir, su da axmayanda iylənir. (Aristotel)
Həyat hisslərlə yaşayanlar üçün faciə, ağıl ilə yaşayanlar üçün isə komediyadır. (Şarl Lemel)
Həyat iki əbədiyyət arasında yarğan, iki qara bulud arasında çaxan şimşəkdir. (Əmin ər-Reyhani)
Həyat naminə həyatın mənasını itirmək olmaz. (Yuvenal)
Həyat öyrənildikcə şirinləşir. (Xudu Məmmədov)
Həyat suyun axarında üzmək, ölüm isə – arada istirahətdir. (Tzya İ)