Rusiyanın Nijni Tagil şəhərində iki gün əvvəl itkin düşən 11 yaşlı məktəblinin meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, uşağın meyiti Yunost küçəsindəki evlərdən birinin zirzəmisində aşkar edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Məlumata görə, polislər avqustun 31-dən məktəbli qızı axtarıblar.
Hazırda polis intihar da daxil olmaqla bir neçə versiyanı araşdırır. Cinayət işi çərçivəsində şahidlər dindirilib.
Qeyd olunur ki, qızın anası 1 ay əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib və atası ilə birgə yaşayıb.