Füzulidə qadını elektrik cərəyanı vurub.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, noyabrın 29-da Füzuli rayon sakini 54 yaşlı Zibeydə Mirzəyeva evinin həyətyanı sahəsində yerləşən transformatorun izolyasiya məntəqəsindən toyuq yumurtalarını götürərkən onu elektrik cərəyanı vurub. Nəticədə qadın ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.