Fələstində öldürülən türkiyəli fəalın nəşi Bakıdan yola salındı
13 sentyabr 2024 10:27 (UTC +04:00)

Fələstində öldürülən türkiyəli fəalın nəşi Bakıdan yola salındı

Fələstinin İsrailin nəzarəti altına keçən Qərbi Şəria bölgəsində öldürülən türkiyəli Ayşenur Ezgi Eyginin nəşi Bakıdan yola salınıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Ezgi Eygi Qərbi Şəria bölgəsində İsrailə qarşı oturaq askiyalarda iştirak edib. Onun həmçinin ABŞ vətəndaşlığı da olub. Aksiyalar zamanı İsrail hərbçilərə iştirakçılara atəş açıb və Ayşenur Eygi də başından vurularaq, xəsarət alıb. Xəstəxanaya yerləşdirilən qız orada ölüb.

Onun meyiti Təl-Əvivdən Bakıya göndərilib. Qızın nəşini Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və səfirliyin başqa əməkdaşları qəbul ediblər. Türkiyə bayrağına bürünmüş tabut Türk Hava Yollarına məxsus təyyarəyəyə təslim edilərək Bakıdan göndərilib.

Ayşenur Ezgi Eygi fələsətinliləri dəstəkləyən beynəlxalq təşkilatın könüllüsü idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011
avatar

Mehman Nəbiyev

Oxşar yazılar