Bakıda avtomobildən bonus kartları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Nəsimi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birində baş verib. “BMW” markalı avtomobildən hesabında 1500 manat olan 3 ədəd bonus kartının oğurlanması və həmin bonuslar istifadə olunmaqla mobil telefon alınması barədə polisə məlumat daxil olub.
Nəsimi rayon Polis İdaərsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 30 yaşlı V.Qurbanov müəyyən olunaraq saxlanılıb.
Ondan metamfetamin aşkar olunaraq götürülüb.