Məşhur müğənni özünü öldürmək istəyən  qadını xilas etdi -  VİDEO
12 sentyabr 2024 19:21 (UTC +04:00)

Məşhur müğənni özünü öldürmək istəyən qadını xilas etdi - VİDEO

Amerikanın məşhur rok qrupu “Bon Jovi”nin solisti Con Bon Covi bir qadını intihardan xilas edərək faciənin qarşısını alıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qrupun klip çəkilişi zamanı yoldan keçənlərdən biri körpüdən tullanmaq istəyib. Con Bon Covi Neşvildə Con Seigenthaler körpüsünün kənarında dayanan qadının təhlükəli addım atmağa hazırlaşdığını görüb.

Hadisə anını əks etdirən videonu Neşvil Polis İdarəsi yayıb. Kadrlarda Bon Covinin körpüdə yavaş-yavaş bir qadına yaxınlaşdığı görünür.
62 yaşlı musiqiçi ondan bir neçə addım aralıda dayanıb və onu sakitləşdirməyə və niyyətindən yayındırmağa çalışaraq danışmağa başlayıb.

Müğənninin və yoldan keçən birinin köməyi ilə qadın intihara cəhddən əl çəkməyə razılaşdırılıb. Görüntülərdə onların məhəccərdən aşaraq ona geri qayıtmasına kömək etdikləri və vəziyyəti sabitləşdirmək üçün danışmağa davam etdikləri görünür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar