"Kiçik addımlarla böyük uğurlar" layihəsi böyüyərək davam edir
13 sentyabr 2024 10:50 (UTC +04:00)

"Kiçik addımlarla böyük uğurlar" layihəsi böyüyərək davam edir

"Shokki Mokki"nin ən böyük korporativ sosial məsuliyyət layihəsi olan "Məktəbim" çərçivəsində Vuvuzela Media ilə birgə başlatdığı "Kiçik addımlarla böyük uğurlar" 4-cü və 5-ci festivalı ilə bölgələrdə sizi gözləyir.

Məktəbə qayıdışı nəzərə alaraq balacaları və onların ailələrini sevindirəcək. 15 sentyabrda Lənkəranda, 19 sentyabrda isə Sumqayıt şəhərində növbəti görüş baş tutacaq.

Tədbirdə bir-birindən maraqlı viktorinalar, ustad dərsləri, əyləncəli oyunlar keçiriləcək və ləzzətli təamlar təqdim olunacaq. Həmçinin xalq artisti Tünzalə Ağayeva və digər ulduz qonaqlar ifaları ilə festivalda sizinlə birlikdə əylənəcək. Qeyd edək ki, Lənkəran və Sumqayıt festivalları xalqa açıq şəkildə keçiriləcək.

Xüsusi vurğulamaq lazımdır ki, "Məktəbim" layihəsi paytaxt və bölgələrdə 70-dən çox xanımın və 1000-dən çox uşağın həyatına toxunmağa davam edir.  “Shokki Mokki” məhsullarını əldə etməklə siz də layihəyə dəstək ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324
avatar

Oxşar yazılar