Rusiyanın Krasnoyarsk diyarında Daxili İşlər Nazirliyinin İnstitutunun maddi-texniki təminat şöbəsinin rəisi rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, avqust ayında saxlanılan şəxs sahibkardan 512 min rubl (təxminən 9779 manat) rüşvət alıb. Rüşvət instituta isti yeməklərin tədarükü ilə bağlı tender müsabiqəsində qalib gəlmək üçün verilib.
Sentyabrın 11-də iş adamı olan qadın rüşvətin qalan 359 min rublunu (təxminən 6856 manat) təhvil verdikdən sonra maddi-texniki təminat şöbəsinin rəisi ilə birgə saxlanılıb. Onların yaşayış və iş yerlərində axtarış aparılıb. İnstitutun maddi-texniki təminat rəisindən 2 milyon rubl (təxminən 38 min 200 manat) nağd pul götürülüb.