Cennifer Lopez gecəni ərinin dostu ilə  keçirdi
12 sentyabr 2024 21:17 (UTC +04:00)

Cennifer Lopez gecəni ərinin dostu ilə keçirdi

Məşhur müğənni və aktrisa Cennifer Lopez Toronto Beynəlxalq Film Festivalında Mett Deymonla bir yerdə xeyli vaxt keçirib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 55 yaşlı  Lopez 53 yaşlı Deymonla bütün gecə bir küncə çəkilərək, əl-ələ söhbət edib.

Həmin gecə Lopez diskoteka topunu xatırladan açıq-saçıq libası ilə göz qamaşdırıb.

Lopezin artıq boşanmaqda olduğu əri Ben Afflek gecəyə qatılmayıb. Afflek 40 ildən artıqdır ki, Deymonla yaxın dostdur və Lopezin son çəkildiyi filmin prodüseridir. Lopezin Affleklə fırtınalı evliliyi rəsmi olaraq ötən ay sona çatsa da, bu böyük görüşdə Afflekin iştirak etməməsi diqqət çəkib.

Yaxın mənbələrin məlumatına görə, Lopez aylarla münasibətlərini xilas etməyə çalışsa da, Afflekin “qaranlıq tərəfləri”nin öhdəsindən gələ bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar