Taxıl daşıyan gəmidə PARTLAYIŞ
12 sentyabr 2024 22:52 (UTC +04:00)

Taxıl daşıyan gəmidə PARTLAYIŞ

Qara dənizdə taxıl yükləri daşıyan Sent Kitts və Nevis bayraqlı gəmi Rumıniya Sahil Mühafizəsinə göyərtəsində partlayış baş verdiyi barədə məlumat verib və vəziyyətin qiymətləndirilməsi üçün Konstansa limanına marşrutun dəyişdirilməsini istəyib.

Lent.az xəbər verir ki, bu barədə Rumıniyanın “news.ro” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə yerinə yaxınlaşan sərhəd polis gəmisi kapitanla əlaqə yaradıb, lakin o, kömək istəməyib.

“Gəmi heyətinin həyatını xilas etmək üçün sərhədçilərin müdaxiləsinə ehtiyac olmayıb”, - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480
avatar

Oxşar yazılar