Saatlıda FACİƏ:  ata azyaşlı oğlunu maşınla əzib öldürdü  - YENİLƏNİB
13 sentyabr 2024 09:50 (UTC +04:00)

Saatlıda FACİƏ: ata azyaşlı oğlunu maşınla əzib öldürdü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Saatlıda azyaşlının ölümü ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə dünən günorta saatlarında baş verib. Rayonun Orta Muğan kənd sakini E.Əskərov "VAZ 21061" markalı avtomobili geriyə doğru hərəkət etdirən zaman azyaşlı övladını vurub. Azyaşlı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

***
09:22

Saatlıda avtomobil azyaşlını vuraraq öldürüb.

Lent.az-ın məlumatına görə, hadisə Saatlı şəhəri ərazisində baş verib. 32 yaşlı Əskərov Elşən Seyfulla oğlu "VAZ-21061" markalı avtomobili həyətdən çıxarmaq üçün geriyə  hərəkət edərkən 2 yaşlı oğlu Sənan avtomobilin altında qalıb.

Nəticədə uşaq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3618

Oxşar yazılar

Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47