Bakıda gənc qız bank kartını oğurlayıb alış-veriş etdi
13 sentyabr 2024 12:11 (UTC +04:00)

Bakıda gənc qız bank kartını oğurlayıb alış-veriş etdi

Bakıda gənc qız avtomobildən oğurluq edib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 7-də Nəsimi rayonu ərazisində “Honda” markalı avtomobildən içərisində pul, sənədlər və bank kartları olan pulqabı oğurlanıb.

19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə oğurluqda və həmin kartdan alış-veriş etməkdə şübhəli bilinən 20 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777
avatar

Oxşar yazılar