Bakıda avtomobil piyadanı vurub ÖLDÜRDÜ  - FOTO
13 sentyabr 2024 00:57 (UTC +04:00)

Bakıda avtomobil piyadanı vurub ÖLDÜRDÜ - FOTO

Bakının Suraxanı rayonunda yol qəzası zamanı ölüm hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza aeroport şossesində baş verib.

Yolu keçən şəxsiyyəti naməlum olan kişini “Chevrolet” markalı avtomobil vurub.

Yüksək sürətli şossedən əks tərəfə keçmək istəyən piyada aldığı xəsarətlərdən ölüb.

Fakt Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387
avatar

Oxşar yazılar