Gecə açıq işığa məruz qalmaq Alzheimer riskini ARTIRA BİLƏR
13 sentyabr 2024 07:57 (UTC +04:00)

Gecə açıq işığa məruz qalmaq Alzheimer riskini ARTIRA BİLƏR

Gecələr açıq havada süni işıqlara məruz qalmaq xüsusilə 65 yaşadək insanlarda Alzheimer xəstəliyi riskini artıra bilər.

APA Anadolu Agentliyinə istinadla xəbər verir ki, bununla bağlı ABŞ-də araşdırma aparılıb.

ABŞ-ın Ruş Universitetinin tədqiqatçıları ölkənin 48 ştatında yolun işıqlandırılması və süni işıq mənbələrindən gələn işıqla çirklənmənin nəticələrini tədqiq ediblər. Nəticələrə görə, tədqiqatçılar Alzheimer xəstəliyinin gecələr süni işığın olduğu bölgələrdə daha çox rast gəlindiyi qənaətinə gəliblər. Həmçinin süni işığın bədənin bioloji saatını və yuxu rejimini pozacağı və idrakın zəifləməsinə səbəb ola biləcəyi qənaətinə gəliblər. Onlar açıq havada süni işığa məruz qalmanın 65 yaşdan aşağı insanlarda Alzheimer xəstəliyinə tutulma riskini spirtdən istifadə, xroniki böyrək xəstəliyi və piylənmə kimi faktorlardan daha çox artırdığını müəyyənləşdiriblər.

Tədqiqatçı Robin Voit-Zuvala bildirib ki, dəyişdirilə bilən ətraf mühit faktoru olan gecə işığını ilə çirklənmə əhəmiyyətli risk (Alzheimer) yarada bilər: “Gecələr süni işığın mənfi təsirlərini azaltmaq üçün qaranlıq pərdələrdən istifadə etmək tövsiyə olunur”.

Araşdırma “Frontiers in Neuroscience” jurnalında dərc olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1527
avatar

Oxşar yazılar