Vəkil Kamandar Nəsibovun partnoyuru  həbs edildi
12 sentyabr 2024 19:02 (UTC +04:00)

Vəkil Kamandar Nəsibovun partnoyuru həbs edildi

Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlunun qanunsuz əməlləri barədə toplanmış materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.

Lent.az bildirir ki, bu barədə Baş Prokurorluq ilə Vəkillər Kollegiyası birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, İstintaq tədbirləri ilə vəkil Babək Rzayevin muxtar respublikada müvafiq məikəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib almasına əsaslı şübhələr əldə edilmişdir.
 
İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Həmçinin, Vəkillər Kollegiyası tərəfindən vəkil barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır və onun davranışına  hüquqi qiymət veriləcəkdir.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində hər hansı şəkildə iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2922
avatar

Oxşar yazılar