Evində öldürülən   həkimlə bağlı YENİ XƏBƏR
13 yanvar 2023 19:48 (UTC +04:00)

Evində öldürülən həkimlə bağlı YENİ XƏBƏR

Yevlax rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun öldürülməsinə dair cinayət işinin istintaqı Yevlax rayon prokurorluğunda davam etdirilir.

Yevlax rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, istintaqın gedişində 30 yaşlı Daşqın Xəlilov, 19 yaşlı Fəxrid Allahverdiyev və 18 yaşlı Ramiz Məmmədovun mərhumun evinə basqın etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) maddələrilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3204
avatar

Oxşar yazılar