Evdən külli miqdarda  qızıl   oğurlandı
03 oktyabr 2023 17:08 (UTC +04:00)

Evdən külli miqdarda qızıl oğurlandı

Abşeronda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qobu qəsəbəsindəki evlərin birindən 3700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini R.Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1539
avatar

Oxşar yazılar