Şəkidə evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər ərazisindəki evlərin birindən “Ford-Transit” markalı avtomobilə məxsus 1300 manat dəyərində 2 ədəd sürət qutusu oğurlanıb.
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Şəki sakinləri V.Musayev və R.Rəsullu müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.