Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsindəki evlərin birindən oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, zərərçəkən şəxs polisə müraciət edərək evindən 9000 dollar dəyərində qızıl-zinət əşyalarının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı S.Cəfərov müəyyən olunaraq saxlanılıb.
Zirə qəsəbəsində isə marketlərin birindən 8000 manat oğurlamaqda şübhəli bilinən 22 yaşlı S.Məmmədov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.