Evdə toy edənlər cərimələndi
23 dekabr 2020 11:01 (UTC +04:00)

Evdə toy edənlər cərimələndi

Cəlilabadda evdə məclis təşkil edənlər aşkarlanıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Muğan kəndi ərazisində M.Qürbətovun evində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq yığıncaq keçirilməsi aşkarlanıb. Məclisdə iştirak edənlər rayon Polis Şöbəsinə dəvət edilib. Onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları bir daha izah olunub.

Karantin qaydalarını pozduğuna və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə M.Qürbətov barəsində toplanmış materiallar baxılması üçün rayon Məhkəməsinə göndərilib. 9 nəfər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 200 manat məbləğində cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Mehman Nəbiyev

Oxşar yazılar