Cəlilabadda 2 evin həyətindən oğurluq edilib.
Lent.az xəbər verir ki, həmin evlərinhəyətindən 17 ədəd ev quşu və 700 kiloqram kartof oğurlanıb.
Zərərçəkənlər bu barədə rayon Polis Şöbəsinə şikayət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Cəlilabad şəhər sakini 54 yaşlı Zəfər Məmmədov saxlanılıb.
Araşdırma aparılır.