Ermənistan ordusunun iki hərbçisi ölüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Ermənistan İstintaq Komitəsində bu barədə araşdırma aparılıb.
Məlum olub ki, həmin gün, ötən gün saat 16 radələrində ER Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müdafiə sahəsinin döyüş mövqeyində həmin döyüş növbəsinin hərbi qulluqçusu A.O. “AK-74” avtomat tüfəngindən istifadə edərək, eyni vəzifədə olan rəis, hərbi qulluqçu A.X-a güllələyib. Daha sonra həmin silahdan özünə də başından atəş açıb.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi və 522-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə cinayət işi başlanıb.
Faktla bağlı ilkin araşdırma aparılır. İlkin məlumata görə, hadisə şəxsiyyətlərarası, “dedovşina” münasibətləri ilə bağlıdır.