Ermənistan ordusunun əsgəri, 19 yaşlı Qraçya Karamyanın ölməsinin təfərrüatı açıqlanıb.
Lent.az Ermənistan mediasına istinadla bildirir ki, hadisə sentyabrın 30-da gecə saat 23:40-da qeydə alınıb.
İlkin məlumata görə, həmin vaxt N saylı hərbi hissənin döyüş postunda olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu addım səsləri eşidib, ona tərəf gələnin guya Azərbaycan Silahlı Qüvvələrinin nümayəndəsinin ona yaxınlaşdığını zənn edib və silahından atəş açıb. Nəticədə avtomatdan açılan atəş nəticəsində 19 yaşlı əsgər yerindəcə ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən hərbçi həbs olunub.