Goradil qəsəbəsində ailə-məişət zəmnində dava düşüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Goradil qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.
1969-cu il təvəllüdlü Dadaşova Elmira Tofiq qızı həyat yoldaşı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.