Ələt-Astara yolunda mikroavtobus aşdı, xəsarət alanlar var
20 fevral 2024 18:11 (UTC +04:00)

Ələt-Astara yolunda mikroavtobus aşdı, xəsarət alanlar var

Bu gün,  saat 12:30 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən kecən 45-ci kilometirliyində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Neftçala rayon sakini Abdulla Əsgərovun Salyan-Şirvan marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı, 99-SK-685 dövlət qeydiyyat nişanlı mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb, 6 nəfər sərnişinə isə ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

# 3663
avatar

Oxşar yazılar