Ələsgər Məmmədli ilə bağlı məhkəmədən  YENİ QƏRAR
29 mart 2024 16:04 (UTC +04:00)

Ələsgər Məmmədli ilə bağlı məhkəmədən YENİ QƏRAR

“Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.

Lent.az-ın xəbərinə görə, bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfinin verdiyi vəsatət təmin olunmayıb.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

# 2508
avatar

Oxşar yazılar

Zaqatalada 250 evi sel suları basdı

Zaqatalada 250 evi sel suları basdı

21 may 2024 , 08:25
Zaqatalada 3 yaşlı uşaq həşarat dərmanından  zəhərləndi

Zaqatalada 3 yaşlı uşaq həşarat dərmanından zəhərləndi

20 may 2024 , 20:55
Araq içib özünü  TÖVLƏDƏ ASDI

Araq içib özünü TÖVLƏDƏ ASDI

20 may 2024 , 19:44
2 yaşlı uşaq  süd qazanına   düşdü

2 yaşlı uşaq süd qazanına düşdü

20 may 2024 , 19:00
Cavanşir körpüsü sökülür,  5 ay yol bağlı qalacaq -  YENİLƏNİB   - VİDEO

Cavanşir körpüsü sökülür, 5 ay yol bağlı qalacaq - YENİLƏNİB - VİDEO

20 may 2024 , 17:45
Amin Nağıyev

Azyaşlı qızları zorlamağa cəhd edən azərbaycanlı saxlanıldı

20 may 2024 , 17:04
Bakıda bahalı  antik samovar   oğurlandı

Bakıda bahalı antik samovar oğurlandı

20 may 2024 , 16:09
Bakıda qadın 7-ci mərtəbədən  özünü atdı

Bakıda qadın 7-ci mərtəbədən özünü atdı

20 may 2024 , 15:15