DTX-nın təcridxanasında hər kamerada hamam olacaq
14 yanvar 2022 18:08 (UTC +04:00)

DTX-nın təcridxanasında hər kamerada hamam olacaq

Hüquq müdafiəçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında monitorinq keçirib.

Bu barədə Lent.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib.

O qeyd edib ki, monitorinqi onunla birgə komitənin hüquq şöbəsinin rəhbəri Rövşən Məmmədov həyata keçirib:

Tural Hüseynov

“Monitorinq zamanı məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti, səhhəti, onlarla rəftar və digər məsələlərlə tanış olmaq idi. Xüsusilə qeyd etmək istəyirəm ki, DTX-nın istintaq təcridxanası və saxlanma yeri əsaslı təmir edilir. Hər kameraya hamam quraşdırılır. Bu bir ilkdir. Əvvəllər saxlanılan şəxslər ümumi hamamdan istifadə edirdilər. Bundan başqa, hər kamerada televizor qoyulması nəzərdə tutulub. Saxlanılan şəxslər üçün gəzinti və idman üçün şərait yaradılıb. Təmir tam bitəndən sonra hər şey daha da mükəmməl səviyyədə olacaq".

T. Hüseynov həmçinin qeyd edib ki, orada saxlanılan şəxslər saxlanma şəraitindən və onlara qarşı rəftardan şikayət etməyiblər: "Saxlanılan şəxslərin hamısı ilə görüşdük. Heç bir şikayət daxil olmadı. Ümumilikdə monitorinqin nəticəsi qənaətbəxşdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Mehman Nəbiyev

Oxşar yazılar