DTX-dan ƏMƏLİYYAT:  200 minlik sui-qəsdin qarşısı alındı
14 yanvar 2025 09:15 (UTC +04:00)

DTX-dan ƏMƏLİYYAT: 200 minlik sui-qəsdin qarşısı alındı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar.

Lent.az-ın xəbərinə görə, məlum olub ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək, 200.000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər. Qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün isə 2.000 ABŞ dolları məbləğində avans təqdim edilib.

Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanov maddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyi Ceyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatların toplanılması istiqamətində işlər görüblər, onun yaşayış və iş yerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər.  

Faktla əlaqədar DTX-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 276 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhun İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3708

Oxşar yazılar

Sumqayıtda ər arvadını  boğub öldürdü

Sumqayıtda ər arvadını boğub öldürdü

13 fevral 2025 , 02:24
Uşağı öldürüb cinayəti azərbaycanlı qohumların  üstünə atdılar -VİDEO

Uşağı öldürüb cinayəti azərbaycanlı qohumların üstünə atdılar -VİDEO

13 fevral 2025 , 01:32
Bakıda yük maşını  ağaca çırpıldı

Bakıda yük maşını ağaca çırpıldı

13 fevral 2025 , 00:11
Bakıda məktəbli  vəfat etdi

Bakıda məktəbli vəfat etdi

12 fevral 2025 , 21:41
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

12 fevral 2025 , 19:33
Həkim səhvinə görə kişinin  qolları və ayaqları   kəsildi

Həkim səhvinə görə kişinin qolları və ayaqları kəsildi

12 fevral 2025 , 19:21
Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

12 fevral 2025 , 18:21
Yasamalda XÜSUSİ ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Yasamalda XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

12 fevral 2025 , 17:33