Dövlətə xəyanətdə təqsirləndirilən qadın ifadə verdi - MƏHKƏMƏ
28 avqust 2023 16:10 (UTC +04:00)

Dövlətə xəyanətdə təqsirləndirilən qadın ifadə verdi - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib. 

O, özünü ittihamlarda təqsirli bilməyib. Qeyd edib ki, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyib: "Telegram kanalında bir nəfər Rusiya vətəndaşı ilə tanış olmuşam. Məqsədim tanışlıq olub. Mənim ona Azərbaycan barədə məlumat vermək istəyim olmayıb".

Proses sentyabrın 25- də davam etdiriləcək.

İttihama görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Fidan Əliyeva "Telegram"sosial şəbəkəsində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış olub. O, uzun müddət həmin şəxsə Azərbaycan haqqında məlumatlar verib, foto və video görüntülər göndərib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Fidan Əliyeva saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4937

Oxşar yazılar

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31