Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsini Elşad Hacıyev icra edəcək.
Lent.az xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən sözügedən vəzifənin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə həvalə edilib.