Daxili İşlər Nazirliyi aksiyalarda iştirak edən jurnalistlərə çağırış edib.
Nazirlikdən Lent.az-a daxil olan çağırışda bildirilir ki, aksiyalarda KİV nümayəndələri jurnalist gödəkçələrindən istifadə etməlidir:
"Üzərində "press" yazılmış gödəkçələr jurnalistlərin təhlükəsizliyi və aksiya iştirakçılarından seçilməsi baxımından önəmlidir. Jurnalist gödəkçələri vasitəsilə mətbuat nümayəndələri aksiya iştirakçılarından fərqlənirlər. Jurnalistlər aksiya iştirakçılarından seçilməlidir".