Deputat  rüşvət alarkən   saxlanıldı
30 may 2024 18:20 (UTC +04:00)

Deputat rüşvət alarkən saxlanıldı

Novosibirsk Deputatlar Şurasının üzvü böyük inşaat işi ilə məşğol olan şəxsdən rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Lent.az xarici mediaya istinadən bildirir ki,faktla bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Novosibirsk vilayəti üzrə İdarəsinin materialları əsasında Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsi (“Rüşvət alma”) ilə cinayət işi açılıb.

İstintaq ehtimal edir ki, 2022-ci ilin sentyabrından 2023-cü ilin yanvarına qədər 11 saylı seçki dairəsinin deputatı inşaat şirkətinin rəhbərindən rüşvət kimi üç milyon yarım rubl (40 min dollara yaxın) alıb. Bunun müqabilində deputat şəhərsalma sahəsində məsələləri həll edərkən tikinti təşkilatının maraqlarına lobbiçilik etməli olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2289
avatar

Oxşar yazılar