Nijni Novqorodun keçmiş meri və Dövlət Dumasının deputatı Vadim Bulavinov keçmiş həyat yoldaşının burnunu sındırıb.
Lent.az xarici mediyaya istinadən bildirir ki, qadın hücumdan sonra aldığı ekspertiza arayışını da təqdim edib.

Qeyd edək ki, deputat 42 yaşlı Nadejda T.-dən 3 il əvvəl boşanıb, lakin əşyaları hələ də onun evində imiş. Hadisə baş verən günü qadın onları götürməyə gəlib.

Onun sözlərinə görə, Bulavinov həmin an sərxoş vəziyyətdə evdə yatıb və ayılan kimi dərhal hücum edib və onu şiddətli döyüb. Həkimlər qadına burun sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyublar.
Hazırda polis vəziyyəti araşdırır.