Salyanda 39 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb. Həmin kəndin sakini Musayev Teymur Cəfər oğlu vanna otağında dəm qazından zəhərlənib.
Şirvan xəstəxanasına çatdırılan 39 yaşlı kişini xilas etmək mümkün olmayıb.