"Dəlixana"ya düşmək istəməyən kişi ana və nənəsini öldürdü
01 aprel 2023 15:36 (UTC +04:00)

"Dəlixana"ya düşmək istəməyən kişi ana və nənəsini öldürdü

Krımın Aluşta şəhərində 33 yaşlı kişi onu psixiatriya xəstəxanasına yerləşdirmək istəyən ana və nənəsini öldürüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 33 yaşlı kişiyə şizofreniya diaqnozu qoyulub. 62 yaşlı anası ilə 86 yaşlı nənəsi onu psixiatriya xəstəxanasına yerləşdirməyi planlaşdırıblar. Kişi onların söhbətini eşidib.

Xəstəxanaya yerləşdirilmək istəməyən kişi onların yuxuya getməsini gözləyib, bundan sonra anasını və nənəsini boğub. O, meyitləri evin həyətinə aparıb. 

Qonşusu meyitləri aşkar edərək, polisə xəbər verib. Həmin şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün şəraitini və səbəblərini müəyyənləşdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2346
avatar

Oxşar yazılar