Dələduzluqda təqsirləndirilən "falçı"nın məhkəməsi başlayır
28 avqust 2023 18:46 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən "falçı"nın məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində falçı adı ilə dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın cinayətə işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəf mülki iddia qaldırıb. O bildirib ki, təqsirləndirilən şəxs ona ümumilikdə 115 min manat ziyan vurub, həyat yoldaşına isə 34 min manat mənəvi zərər dəyib. Ümumilikdə ailəyə 150 min manat maddi və mənəvi ziyan dəyib.

Daha sonra prosesdə ittiham aktı elan olunub. 
 
G. Qasımova özünü ittihamlarda təqsirli bilib. 

İş üzrə məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı şəhər sakini Günəş Qasımova Şirvan şəhərində bir ailəyə falçı olduğunu bildirib və qeyri-adi güc vasitəsilə onlara üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstərəcəyini deyib.

Günəş Qasımova aldatma yolu ilə zərərçəkənlərin 50 000 ABŞ dolları və 15 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham olunur.

Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2462

Oxşar yazılar

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31