Banqladeşin paytaxtı Dəkkə şəhərinin Gülüstan rayonunda partlayış zamanı ölənlərin sayı 15-ə çatıb. Yaralı sayı 100-dən çoxdur.
Lent.az xəbər verir ki, bu barədə yerli “The Daily Star” nəşri yazıb.
***
17.17
Banqladeşin paytaxtı Dəkkədə binada partlayış baş verib, nəticədə 9 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yerli vaxtla saat 16:50-də baş verən partlayış yerində beş yanğınsöndürmə briqadası işləyir.
Partlayış nəticəsində yaxınlıqda yerləşən beş və yeddimərtəbəli evlərə ziyan dəyib. Partlayışın səbəbləri hələ müəyyən edilməyib.