Beyləqanda spirtdən zəhərlənən kişinin həyatını xilas etmək mümkün olmayıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, spirtli içkidən zəhərləndiyi deyilən rayon sakini, 1967-ci il təvəllüdlü Ramiz Orucov Beyləqan rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.