Salyanda qadın əri tərəfindən bıçaqlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Kürsəngi kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Aysel Vahid qızı qarın nahiyəsinin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.
Onun həyat yoldaşı,1988-ci təvəllüdlü Məcid Kərimov tərəfindən bıçaqlandığı bilririlir. Qeyd edilir ki, ər həyat yoldaşını bıçaqlayandan sonra özünü yandırıb. M.Kərimov ağır yanıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.