Cəlilabadda iki nəfər külli miqdarda narkotiklə tutuldu
26 iyun 2023 19:53 (UTC +04:00)

Cəlilabadda iki nəfər külli miqdarda narkotiklə tutuldu

Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, iyunun 24-də saat 23 radələrində Göytəpə şəhəri ərazisində Cəbrayılov Elgün Vaqif oğlu və İsmayılov Ehtibar Qəray oğlu saxlanılaraq Cəlilabad rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinə gətirilib. Elgün Cəbrayılovun əlində olan bir ədəd torbadan külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana, həşiş qətranı və metadon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2169
avatar

Oxşar yazılar