
Cəbhəyanı bölgələrdə xeyli sayda hərbi sursat aşkarlandı

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Beyləqan, Qubadlı, Zəngilan, Tərtər, Tovuz və Xocavənd rayonları ərazilərində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 7, Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.
Agentlikdən APA-ya verilən məlumata görə, daxil olmuş 8 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 124 ədəd partlamamış hərbi sursat (PHS), 7 ədəd piyada əleyhinə mina, 3 ədəd təlim məqsədli tank əleyhinə mina, 197 ədəd müxtəlif çaplı patronlar, 23 ədəd top mərmisinin gilizləri və 2 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 543 669 kv.m (1 354 ha) ərazi yoxlanılıb, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.
Agentliyin mütəxəssisləri tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Oxşar yazılar

Laçının müdafiəsində ağır yaralanan əsgərimiz ŞƏHİD OLDU
8 mart 2021 , 00:07
Piyada hadisə yerində keçindi
7 mart 2021 , 20:52
RAYONDA FACİƏ: daha bir gənc həyatını itirdi
7 mart 2021 , 20:46
Güclü küləyin fəsadları belə aradan qaldırılır - VİDEO
7 mart 2021 , 19:36
Külək ağacı avtomobilin üzərinə aşırdı -FOTO
7 mart 2021 , 15:12
Külək "Kamaz"ı aşırdı-FOTO
7 mart 2021 , 14:44
Daha bir məktəbin damı uçdu-FOTO
7 mart 2021 , 14:00
Bu gizli toyda... - FOTOLENT
7 mart 2021 , 13:19