Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a “112” qaynar telefon xəttinə gecə saatlarında Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.
Keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 25 yaşlı Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.