Bitkiləri səhv salıb ayağına bağlayan qadın xəstəxanalıq oldu
14 avqust 2026 17:01 (UTC +04:00)

Bitkiləri səhv salıb ayağına bağlayan qadın xəstəxanalıq oldu

0

Rusiyada yaşlı qadın atpıtrağından kompres hazırlamaq istəyərkən bitkiləri səhv salıb və xəstəxanalıq olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qadın xalq təbabəti üsulundan istifadə etmək məqsədilə atpıtrağı yarpağı toplamaq istəyib, lakin o, səhvən zəhərli baldırğan yarpağı dərib və ayağına kompres kimi bağlayıb.

Bir müddət sonra qadının ayağında güclü yanıqlar yaranıb. Zərərçəkən xəstəxanaya müraciət edib.

Həkimlər yanmış dəri nahiyəsini təmizləyib, infeksiya və allergik reaksiyanın qarşısını almaq üçün ona müalicə təyin ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 96

Oxşar yazılar