Saatlıda karantin pozulan toy
25 oktyabr 2021 09:20 (UTC +04:00)

Saatlıda karantin pozulan toy

Bir rayonda 3 toy sahibi cərimələndi - VİDEO

Saatlıda karantin qaydalarının pozulduğu 3 toy məclisi aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Məzrəli, Nabatkənd və Qaralar kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Saatlıda karantin pozulan toylar

# 3075
avatar

Mehman Nəbiyev

Oxşar yazılar