Bir qrup uşaq təyyarə qəzasından sonra 2 həftə  CƏNGƏLLİKDƏ QALDI
18 may 2023 19:39 (UTC +04:00)

Bir qrup uşaq təyyarə qəzasından sonra 2 həftə CƏNGƏLLİKDƏ QALDI

Kolumbiyanın cənubunda təyyarə qəzasından sonra iki həftə cəngəllikdə iki qalan 4 uşaq tapılıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mayın 1-də Araraquaradan San Xose del Quaviareyə uçan Cessna 206 təyyarəsində mühərrik nasazlığı yaranıb və qəzaya uğrayıb. Pilot da daxil olmaqla 3 nəfər ölüb, 13, 9 və 4 yaşlı uşaqlar, həmçinin 11 aylıq körpə isə xilas olub.

İlkin məlumata görə, onlar kömək axtarmaq üçün tropik meşəyə gediblər. Sonra axtarış itləri uşaqların yediyi meyvələri və müvəqqəti bitki sığınacaqlarını tapıblar.

Qeyd olunur ki, sağ qalanlar hərbçilər, xilasedicilər və Kaqueta əyalətindəki mülki aviasiya departamentinin nümayəndələri tərəfindən axtarılıb.

Kolumbiya prezidenti Qustavo Petr "Twitter" səhifəsində yazıb: "Çətin axtarışlardan sonra Quaviarada təyyarə qəzası nəticəsində itkin düşən 4 uşağı sağ-salamat tapdıq. Ölkə üçün sevinc".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Fidan İlqar

Oxşar yazılar